Məcburi Köçkün Uşaqlar Tibbi Müainədən Keçirildi:-Valideyinlər Maarifləndirildi

    “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Məcburi köçkün uşaqlarda kardiorevmotoloji yönümlü xəstəliklərin aşkara çıxarılması və profilaktikası” layihəsi üzrə 12 iyun 2018-ci il tarixdə Masazır Məcburi Köçkün Qəsəbəsində  valideyinlərdən ibarət qrupa təlim keçmişdir.

    Qrupda 30 nəfər iştirak etmişdir. Təlimdə  Zəngilan rayon poliklinikasının tibb işçiləri və “Ahıl və Tənhalara Dəstək” İB-nin sədri Ruhiyyə Məmmədova da iştirak edirdi.

    Layihə rəhbəri Sveta Rəfiyeva  iştirakçıları salamlayaraq, layihənin donoru və məqsədi barədə məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi Abşeron rayonu Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış şəhərcikdə  məckunlaşmış məcburi köçkün üşaqların kardiorevmotoloji  yönümlü xəstəliklərinin  ilkin etapda müayinə olunaraq xəstələrin aşkara çıxarılması, ardınca xəstəliklərin ağırlaşma riskinin minimuma  endirilməsi və ağırlaşmış xəstələrə ixtisaslaşdırılmış tibbi yardımın təşkilindən ibarətdir. Daha sonra  sözü kardiorevmatoloq Asif Cəfərova verdi.

    Asif Cəfərov kardiorevmatoloji xəstəliklərin uşaqlarda yaranma səbəblərini ətraflı izah etdi.

    Zəngilan  rayonundan məcburi köçkün Təranə Şəmsiyevanın  uşaqlarda onurğa əyriliyinin  müalicə olunmaq ehtimalı barədə sualına Kardioloq Sveta Rəfiyeva elmi –təcrübi əsaslarla cavab verdi.

    Təlimdən sonra çay fasiləsi oldu. Çay fasilələrindən sonra valideynlərin iştirakı ilə 0-18 yaş arası uşaqların müayinə olunmasına başlanıldı.

    46 uşaq müayinə olundu. Onlardan 13 nəfərin müalicəyə, 1 nəfərin isə laborator müayinəyə ehtiyacı olduğu müəyyən olundu.

    Valideyinlər tədbiri yüksək  qiymətləndirməklə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və layihə əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.

     

    ƏvvəlkiNazir açıqladı: Türkiyə sona qədər bu ölkədə qalacaq
    NövbətiS-400 raket komplekslərindən istifadə etməyə hazırıq- Ərdoğan