Lotu Quli toyda belə oynadı – Video

İstanbulda iyunun 8-də 36 yaşlı qanuni oğru Nikolay Dqeçuadzenin (Nika Qaqrinski) toy mərasimi keçirilib.

Türk.az, Publika.az-a istinadən xəbər verir ki, kəbin kəsmə mərasimi münasibəti ilə banket “Esa Royal Park” əyləncə kompleksində təşkil edilib.

Ziyafətə çağırılanlar arasında “Kardava-Mzarelua” qruplaşmasının ondan çox üzvü, həmçinin, Mzarelua, Roland, Pipiya, Qoça, Masi, Qiya, Nukri, Lekso, Timur Kapba və Data Osetin də olub. Sözügedən qruplaşmanın nümayəndələrin mərasimdə çoxlur təşkil edirdi.

Belarus və Moldovanı, müvafiq olaraq, qanuni oğrular Kuşner və Çeban təmsil ediblər. Mərasimdə azərbaycanlı avtoritet Nadir Səlifov (Lotu Quli) da iştirak edib. Onun İstandula Dubaydan gəldiyi bildirilir. O, bir gün sonra Dubaya qayıdıb.

ƏvvəlkiTürk aviasiyasından PKK-ya ağır zərbə– Əməliyyat
NövbətiVidadi Bərdəlinin oğlu narkotikə görə tutuldu – Video