Ukrayna kəşfiyyatı açıqladı: Əksəriyyət Rusiyanı istəyir

Ukrayna istənilən halda Donbas və Krımı qaytaracaq.

Türk.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin rəhbəri Vasili Vovk deyib.

O bildirib ki, yaxın 5-15 il ərzində torpaqlar azad ediləcək:

“Gərək doğrunu danışaq, insanları aldatmayaq. “Donbasın 99 faizi Ukraynaya qayıtmaq istəyir” sözləri yalandır. Biz nəinki işğal olunmuş, hələ ətraf ərazilərdə də durumu bilirik. Əhalinin əksəriyyəti Rusiyanı istəyir”.

Əvvəlkiİlham Əliyev səfirləri qəbul etdi
NövbətiQız özünü 11-ci mərtəbədən atdı – SAĞ QALDI