Akşənərin şok açıqlaması gülüş doğurdu: S-400 niyə alındı?

S-400-lərlə bağlı bir məlumatım var. Böyük bir güvənsizlik nəticəsində sarayın qorunması üçün alındığını eşitmişəm.

Türk.az xəbər verir ki, bu sözləri İYİ Partiyasının sədri Maral Akşənər deyib.

Akşənərin “S-400-lər prezident sarayını qorumaq üçün alınır” iddiası Türkiyənin təhlükəsizlik ekspertlərinin təəccübünə və istehzasına səbəb olub.

“Prezident sarayının müdafiəsi üçün S-400-lərin alınacağını ancaq Maral Akşənər düşünə bilərdi. Bu iddia gülünc səslənir. Akşənərin hərbi müşaviri yoxdur? Sərhədlərinin və hava sahəsinin təhlükəsizliyini təmin etmədən bir ölkənin müəyyən bir nöqtəsini necə qorumaq olar? Mən hava hücumundan müdafiə sahəsində mütəxəssisəm. Bu gün məndən prezident sarayını qoruyacaq sistem qurmağımı istəsələr, ən çoxu 5-10 kilometr mənzili olan müdafiə raketlərindən istifadə edərəm. Çünki bu tip nöqtələrin yaxından müdafiəsi üçün bunlar lazımdır”, – hərbi ekspert Mustafa Hacımustafaoğlu deyib.

ƏvvəlkiABŞ və Rusiya ordusunun qərargah rəisləri Helsinkidə görüşəcəklər
NövbətiNazarbayev Papanı qurultaya dəvət etdi