Merkel Avropanı ABŞ-la mübarizəyə səslədi

Avropa ABŞ Prezidenti Donald Trampın dünya nizamını dəyişmək cəhdlərinə mane olmalıdır.

Türk.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. O, ABŞ-ın dünya nizamını pozmağa göstərdiyi cəhdlər sırasında Vaşinqtonun Paris iqlim razılaşmasından çıxmasını, yeni ticarət rüsumları tətbiq etməsini göstərib.

Qeyd edək ki, bundan ABŞ AB-dən polad və alüminium idxalına əlavə rüsum tətbiq edib. Bu, AB-nin kəskin etirazına səbəb olub. AB ölkələri ABŞ-a bu addımına görə cavab verəcəklərini açıqlayıb.

ƏvvəlkiPrezident “Sahil” stansiyasını açdı
NövbətiABŞ və Rusiya ordusunun qərargah rəisləri Helsinkidə görüşəcəklər