Belçikada polisə silahlı hücum olub, üç nəfər öldürülüb

Belçikanın Lyeji şəhərində silahlı hücum nəticəsində yoldan keçən bir nəfər də ölüb.

“Report”un xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


*** 13:14

Belçikada silahlı hücum nəticəsində iki polis öldürülüb.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, hadisə Lyej şəhərində baş verib.

Hələlik kimliyi məlum olmayan şəxs polisi öldürdükdən sonra bir qadını girov götürüb. İlkin məlumata əsasən, hücum edən şəxs zərərsizləşdirilib.

Polis hadisəni terror hücumu kimi qiymətləndirib.

ƏvvəlkiDövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub
NövbətiTANAP bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın bəhrəsidir