Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, həmçinin XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Açılış mərasimində ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri xanım Sandra Oudkirk çıxış etdi.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxudu.

Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirdi.

Sonra Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçısı Bernard Luney çıxış etdilər.

Daha sonra “Şahdəniz 2” / Cənub Qaz Dəhlizi layihələri haqqında BP tərəfindən hazırlanmış videoçarx təqdim olundu.

Sonda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını etdi.

ƏvvəlkiPrezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Növbəti“Alibaba” dünya brendlərinin ilk onluğuna daxil olub