Rusiya Azərbaycanın 20 ton balığını müsadirə etdi

Azərbaycanın Rusiyaya ixrac etdiyi 19,7 ton kilkə qonşu ölkənin paytaxtı Moskvada müsadirə edilib.

Türk.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselnadzor”) məlumat yayıb.

Məlumata görə, buna səbəb məhsulun sənədlərində çatışmazlıqların olmasıdır. Kilkənin ixracı rəsmiləşdirilərkən sənədlərə məhsulun tranzit ölkəsi, saxlanıldığı soyuducular barədə məlumatlar, laboratoriya rəyi əlavə olunmayıb.

ƏvvəlkiDTX əməkdaşı saxlanıldı
NövbətiTramp Qarabağ şübhəsinə son qoydu