DTX əməkdaşı saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb.
R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.
Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır.
Faktla bağlı araşdırma davam etdirilir.
Əvvəlki“Bakı Bus” dəhşətli qəzanın görüntülərini yaydı
NövbətiRusiya Azərbaycanın 20 ton balığını müsadirə etdi