Türkiyə PKK-ya tarixi zərbə vurdu

    Türkiyə təhlükəsizlik orqanlarının əməliyyatları nəticəsində çox sayda terrorçunun zərərsizləşdirilməsi və terror qruplaşmasına insanların qoşulmasının azalması PKK-nın tarixindəki ən çətin vəziyyətə düşməsinə səbəb olub.

    Türk.az xəbər verir ki, əməliyyatlar nəticəsində öldürülənlərin yerinə döyüşəcək insan tapmayan terror qruplaşması cərgələrinə 2016-da 686, 2017-də 152 terrorçu qatıldığı halda, bu rəqəm 2018-ci ilin ilk aylarında cəmi 43-ə bərabər olub.

    Çarəsiz vəziyyətdə qalan terror qruplaşması üzvləri təzyiq və zülmdən yaxa qurtarmaq üçün çarəni qaçmaqda tapıb. 2016-cı ildə 466, 2017-ci ildə 429 terrorçu təhlükəsizlik orqanlarına təslim olub.

    Əvvəlkiİlham Əliyev sərəncam imzaladı
    NövbətiPKK-ya qarşı əməliyyat: 2 terrorçu məhv edildi