Əfv sərəncamının icrasına başlanıldı

Bu gün Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamının icrasına başlanılıb.

Türk.az xəbər verir ki, sərəncamın icrası Pentensiar Xidmətin cəza çəkmə müəssislərində həyata keçirilir.

Əfv olunan bütün məhkumlar günün sonuna kimi azadlığa buraxılacaq.

Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv olunan məhkumların 16-ı qadındır.

Ölkə başçısının imzaladığı sərəncamla 39 əcnəbi vətəndaşlar da var.

Siyahıda Gürcüstan (11), Rusiya (4), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb.

Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.

Əfv olunanlardan 11 nəfəri tanınmış şəxsdir. Bunlar şair Saday Şəkərli (Şəkərov), Nardaran hadisələrinə görə həbs edilən Nadir Babayev, Əliağa Qasımov, Hilal Cabbarov, Ələkbər Qurbanov, Fail Şahbazov, Natiq Şahbazov, “hicab aksiyası”nda həbs olunan David Kərimov, Elşad Rzayev, AXCP üzvü Elnur Fərəcov, “Avroviziya” keçirilən zaman tutulmuş Valeh Abdullayevdir.

Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.

ƏvvəlkiMİLLƏTÇİLƏR AZƏRBAYCAN XALQINI VƏ TÜRK DÜNYASINI AXC-nin 100 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİK ETDİLƏR
NövbətiAzəri qızı Günel: “Evimdə 300-dən çox ayaqqabım var” – FOTO