Netanyahunun oğlu Türkiyəni təhqir etdi

İsrail Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair İnstaqram səhifəsində Türkiyə bayrağını paylaşaraq, “Fuck Turkey” şərhini yazıb.

Türk.az xəbər verir ki, Yairin bu addımı İsrail və xarici ölkələrin mətbuatında geniş əks-səda yaradıb. Bundan sonra açıqlama yayan baş nazir oğlunun müstəqil şəxs olduğunu və onun sosial şəbəkələrdə istənilən qeydi paylaşmaq haqqına sahib olduğunu bildirib.

Qeyd edək ki, bu, Yairin mətbuatın diqqətinə düşməsinə şərait yaradan ilk hal deyil. Sentyabrda o, Corc Soros, keçmiş müdafiə naziri Ehud Barak, jurnalist Eldad Yanivin karikaturasını çəkərək paylaşmışdı. Karikaturada bu şəxslərin hər birinin Sorosdan asılı olduğu əks edilmişdi.

Yairə sərt tənqidlərdən sonra o, üzr istəyərək, karikaturanı silmişdi.

ƏvvəlkiƏrdoğan kraliçaya heyran qaldı: Dəhşət yaddaşı var
Növbəti17 may Milli Qəhrəmanımız Şahlar Şükürovun doğum günüdür