Erməniləri bəsləyən Fələstin, yoxsa İsrail? – Alimdən skandal

Dünyada ərəb ölkələrinin sayı kifayət qədər var. Ən varlı 20 nəfərin 11-i ərəbdir. Ən modern silahlar da onlarda var. İstəsələr Fələstini deyil, İsraili də pul ilə alarlar.

Türk.az xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev sosial şəbəkələrdə Azərbaycanın Fələstini niyə dəstəkləmədiyi ilə bağlı müzakirələrə münasibət bildirərkən qeyd edib. O bildirib ki, ərəb milyarderlərin çoxu qızıl unitaz və qızıl tualet kağızından başqa heç nə düşünmür:

“Şəhərimizdə kifayət qədər ərəb turist var. Onlara yaxınlaşıb Fələstinlə bağlı fikirlərini soruşaq. Görün hansı qayğılanır Fələstinlə? Sinay döyüşü zamanı Altıgünlük müharibə göstərdi ki, ərəblər üçün islam dəyərləri, milli birlik deyilən anlayış yoxdur. Onlara pul və əyləncə lazımdır. Bu qədər ərəb özününkünün qədrini bilmirsə, biz niyə ortaya düşmüşük? Bilirsiz bu nəyə oxşayır? İki nəfər dalaşır, ayırmağa çalışırsan, çönüb sonda ikisi də səni vurur”.

Z.Əliyev vurğulayıb ki, müharibənin öz qaydası var:

“Fələstində FAT və HƏMAS İsrailə raket atır, ardınca da uşaq baxçası, məktəb, ictimai yerlərdə gizlənir. Ordan da raketi qarşı tərəfə atır. İsrail cavab atəşi açmayıb, nə etməlidir? Özününkülər ölsün, amma fələstinlilərə bir şey olmasın?”

Z.Əliyevin sözlərinə görə, bu gün türk dünyasının ən böyük düşməni elə ərəblərdir:

“İngilis, amerikan idarəsi ilə onlar son üç əsrdə Osmanlı kimi imperiyanı yıxdılar. Peyğəmbərimizin miras qoyduğu islama onu sevməyən Əbdül Vəhhabın fikirlərini gətirib, axırda onu rəsmi dinə çevirdilər. Bu gün ərəb ölkələrində Məhəmməd peyğəmbərin (s) dedikləri yox, Əbdül Vəhhabın dedikləri qanundur. “İslam-islam” deyənlər bu tarixi bir oxusunlar. Məhz Əbdül Vəhhabın ideyasını gətirmək üçün ərəblər namaz qılan zaman Məkkədə yüzlərlə insanın başını kəsdilər. Dəstək verdiyiniz “islamın” tarixi budur. Ərəb ölkələrində nə peyğəmbərimiz, nə də əhli-beyitimizdən əsər-əlamət qalıb”.

Z.Əliyev vurğulayıb ki, bu günə qədər Fələstindən Qarabağla bağlı bir söz eşitməyib:

“Əvəzində Fələstində erməni məhəllələri, erməni terror hazırlıq mərkəzləri, Xocalıda əsirlərə zülm edən HƏMAS, FAT üzvləri, işğal altında olan torpaqlarda ərəb terror hazırlıq mərkəzləri və s. haqda çox eşitmişəm və videolar görmüşəm. Türk dünyasının düşməni ASALA-nın da FAT nəzdində yaradıldığını hər kəs bilir. Bəs İsrail? Sadəcə bir fakt deyim ki, məhz o dövlət olmasaydı, əsir və itkin düşənlərimizin birini də azad edə bilməzdik. Yadda saxlayın: düşmənin dostu dostumuz ola bilməz!”

ƏvvəlkiQuskadan son xəbər
Növbətiİlham Əliyev Naxçıvana getdi