“Epay”ın xəzinədarı şirkətin 30 min manatını mənimsəyib

Xəzinədar məşhur şirkətin pullarını mənimsəyib.

“Report”un xəbərinə görə, “Easy Pay” MMC-nin direktor müavini Əhməd Abdullayev polisə müraciət edərək MMC-nin xəzinədarı Z.Səttarovun şirkətə məxsus 30 min manat pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Easy Pay” (“Epay”) MMC elektron ödəniş operatorudur.

ƏvvəlkiTürkmənbaşının ölüm xəbərini yayanlar tutuldu
NövbətiMilli Məclis Aparatının rəhbəri vətəndaşların qanunvericilik hüququndan istifadə məsələsini şərh edib