İranın Suriyadakı bütün bazalarını məhv etdik – Liberman

İran İsrail dövlətinin suveren ərazisinə hücum etməyə çalışdı. Ölkəmizin ərazisinə bir dənə belə olsun, raket düşmədi.

Türk.az xəbər verir ki, bu sözləri İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.

“Onlardan bəziləri Suriyaya düşdü, qalanlarını isə “Dəmir Qübbə” sistemləri ilə vurduq. İranın Suriya ərazisindəki bütün infrastrukturuna zərbə endirdik. İranda həmişə xatırlasınlar ki, əgər bizdə yağış yağacaqsa, onlarda daşqın olacaq”, – nazir bildirib.

ƏvvəlkiPrezident və ailəsi ağacəkmə kampaniyasında – Foto
NövbətiTaleh Əliyev: “Nikol Paşiniyan Qarabağı de-fako Azərbaycan ərazisi kimi tanıdı”