Bakıdan Tiflisə 100 ilin yürüşü olacaq

    Cumhuriyyətin 100 illiyini Tiflisdə keçirmək istəyənlər üçün yürüş təşkil ediləcək.

    Türk.az xəbər verir ki, yürüşü təşkil edən “Gənclər Klubu” İctimai Birliyi Cümhuriyyətin 100 illiyini onun elan olunduğu Tiflisdə qeyd edəcək. Republika Günü münasibətilə Gürcüstanın paytaxtında bayram yürüşü təşkil ediləcək.

    Mayın 27-də səhər Bakıdan Tiflisə nümayəndə heyəti yola düşəcək və 29-da geri dönəcək.

    Bu heyətin tərkibinə fəal gənclər, tələbələr, ziyalılar və mətbuat nümayəndələri daxil olacaq. Mayın 28-də Tiflisin mərkəzindən (“Azadlıq” meydanı) Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binaya bayram yürüşü olacaq.

    Tədbirdə iştirak edəcək hər kəs yol, qalma və digər xərcləri özü ödəməlidir. Ümumilikdə, gediş, dönüş, 2 gün hosteldə qalmaq, 28 May bayram şam yeməyi və AXC-nin 100 illiyinə

    ƏvvəlkiAğalarov raport verdi, Putin qulaq asmadı – Video
    NövbətiErmənistan silahlı qüvvələri atəşkəs rejimini 87 dəfə pozub