Rusiya ən müasir silahlarını Qırmızı Meydana toplayır

Moskvada mayın 9-da Qırmızı Meydanda Qələbə gününə həsr olunmuş ənənəvi paradda 13 min nəfər şəxsi heyət, 120 zirehli texnika və 73 uçan aparat iştirak edəcək.

Türk.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb.

Hərbi paradda Rusiya aviasiyasını Tu-160, Tu-95MS strateji raket daşıyıcıları, Tu-22M3 uzun mənzilli bombardmançıları, İl-78 yanacaq dolduran təyyarələri, An-124 və İl-76MD hərbi nəqliyyat təyyarələri, Su-30SM, Su-35S, MiQ-29, MiQ-31 qırıcıları, Su-24M, Su-34, Su-25 ön xətt bombardmançıları, Mi-8, Mi-26, Mi-24P, Mi-28N Ka-52 helikopterləri təmsil edəcək.

ƏvvəlkiTramp Makronun xətrinə İranı bağışladı
NövbətiƏrdoğan Bosniya və Herseqovinanı təklif etdi