Tramp Makronun xətrinə İranı bağışladı

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişindən çıxmaqda qərarlı olsa da, ötən həftə Ağ Evi ziyarət edən Fransa Prezidenti Emmanuel Makronu çətin vəziyyətdə qoymamaq üçün anlaşmanın müddətini uzada bilər.

Türk.az xəbər verir ki, bu iddianı “Röyter” Tramp administrasiyasına yaxın mənbələrə istinadla yayıb.

Ağ Evdən Trampın qərarının hələlik məlum olmadığı, lakin Fransa ilə ittifaqa böyük önəm verildiyi üçün sazişin müddətinin uzadılması məsələsinə baxıldığı bildirilir.

ƏvvəlkiAzərbaycanlı xanım nazir oldu
NövbətiRusiya ən müasir silahlarını Qırmızı Meydana toplayır