60 yaşdan yuxarı şəxslər sosial yardımın təyin olunması zamanı nəzərə alınmayacaq

Azərbaycanda ahılların (60-75 yaşlı şəxslər) sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər sırasından çıxarılması təklif olunur.

“Report”un xəbərinə görə, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində “qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilir.

Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.

ƏvvəlkiKorrupsiyaya yol verən məmur barəsində cinayət işi başlanıldı
NövbətiAzərbaycanda dörd ay ərzində 196 nəfər İİV infeksiyasına yoluxub