Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın  Türk.az-a verdiyi məlumata görə,Elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.

Texniki səbəblərə görə 16.11.2018-ci il tarixində Bakı-Sumqayıt-Bakı elektrik
qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.
Belə ki, 16.11.2018-ci il tarixində Bakıdan saat 08-00-da yola düşən 6001, saat
08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik
qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola
düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti
bir reysə üzrə ləğv edilir. Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.

ƏvvəlkiAbel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib
NövbətiVyanada Dəmir yolları və rəqəmsallaşma mövzusunda biznes toplantı keçirilib