3 dəfə nişanlanan Azəri qızı Günel məşhur türk sənətçi ilə SEVGİLİ OLDU – VİDEO

Türkiyədə azəri qızı kimi tanınan Günel Zeynalova Orhan Ölmezlə görüşməyə başlayıb.

Turk.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bəyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramında məlumat verilib. Verilişin aparıcılarının iddiasına görə, cütlük bir müddətdir ki, sevgilidir.

Xatırladaq ki, Günel Zeynalova Rza Zərrabla sevgili olub. Müğənni daha sonra İnanc Başəyməz, üçüncü dəfə isə Cem Ozan adlı türkiyəli iş adamı ilə nişanlanıb. İfaçı Cem Ozandan keçən ilin noyabrında ayrılıb.

ƏvvəlkiAzərbaycan prezidenti Rumıniya baş nazirinin müavinini qəbul edib
NövbətiAtəşkəs rejimi 90 dəfə pozulub