26 iyun qeyri-iş günüdür

26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün ölkədə qeyri-iş günü olacaq.

Bu barədə Türk.az-a Nazirlər Kabinetindən bildirilib.

Belə ki, 26 iyun, həftənin 2-ci gününə, çərşənbə axşamına təsadüf edir. Həmin tarixdə ölkədə iş olmayacaq.

Xatırladaq ki, 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi qeyd ediləcək.

Bu münasibətlə paytaxtda möhtəşəm parad keçiriləcək.

ƏvvəlkiQarabağın işğalında iştirak etmiş Ermənistanın daha bir deputatı saxlanılıb
NövbətiEmin Ağalarov mükafatlandırıldı