Əşrəf Qaninin andiçmə mərasimi təxirə salına bilər

Əfqanıstanın ikinci müddətə prezidenti seçilən Məhəmməd Əşrəf Qaninin andiçmə mərasimi təxirə salına bilər.

Türk.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ rəsmiləri hesab edir ki, andiçmə mərasiminin baş tutması ölkədəki münaqişənin sülh yolu ilə həllinə mane ola bilər.

Bundan başqa, mərasim prezident seçkilərinin nəticələrini tanımayan siyasi rəqiblər arasında mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirər.

Qeyd olunub ki, bu, həmçinin ABŞ-ın Əfqanıstankı problemin həllində irəliləyiş əldə etməsini və radikal “Taliban”la sülh sazişi imzalamaq səylərini dərindən sarsıdacaq.

ƏvvəlkiAğ Ev Konqresdən koronavirusa görə 2,5 milyard ABŞ dolları istədi – YENİLƏNİB
NövbətiHindistanda qarşıdurmalarda ölən və yaralananlar var