Ərdoğan Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Zaporojyenin təsadüfi məsələ olmadığını deyib.

Ərdoğan bildirib ki, hazırda ərazidə ukraynalı mütəxəssislər var: “Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. “Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. Rusiya dünyadakı sabitlik naminə bu addımı atmalıdır”.

ƏvvəlkiErsin Tatar Azərbaycana səfər edə bilər
NövbətiUn və çörək satışı bazarında monitorinqlər aparılır