Ərdoğan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə “Twitter” səhifəsində təbrik yazıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 101-ci ildönümü münasibətilə “Twitter” səhifəsində təbrik  yazıb.

Türk.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Azərbaycan Cumhuriyyətinin yaranmasının 101-ci il dönümünu səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”.

R.T.Ərdoğan eyni statusu Azərbaycan dilində də paylaşıb.

ƏvvəlkiErmənistan silahlı bölmələri atəşkəsi 26 dəfə pozub
NövbətiDünyanın ən yaxşı futbolçusu Bakıya gəlib