Ərdoğan: “Türkiyəyə hücum ən pis ssenari olar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verib.

Türk.az “CNN Türk”ə istinadən xəbər verir ki, o, partiyasının qrup toplantısından sonra jurnalistlərə açıqlamasında Suriyada Türkiyəyə hücumun ən pis ssenari olacağını bəyan edib.

Qeyd edək ki, Rusiya XİN başçısı Türkiyə prezidentinin İdlibdəki vəziyyətlə bağlı açıqlamasına münasibət bildirərkən Suriya ordusuna hücumun ən pis ssenari olacağını söyləmişdi.

Əvvəlkiİranın XİN başçısı Türkiyə-Rusiya gərginliyinə münasibət bildirib
NövbətiAtəşkəs rejimi 23 dəfə pozulub