Ərdoğan Özbəkistana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərə yola düşüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək.

Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Daşkənddə müvafiq nazirliklərin iştirakı ilə keçiriləcək Şura toplantısında Türkiyə ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq səviyyəsi nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə olunacaq.

Həmçinin iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində müxtəlif müqavilə və anlaşma memorandumlarının imzalanması da gözlənilir.

ƏvvəlkiMartın 28-də Azərbaycanda COVID-19 əleyhinə 100 dozadan çox vaksin vurulub
NövbətiRüstəm İbrahimbəyovun yerinə yeni sədr seçiləcək