Ərdoğan: Afina S-300 alanda niyə dillənmədiniz?

Əgər prezident seçkisində qalib gəlsəm, pul siyasətində daha effektiv addımlar ata biləcəyəm.

Türk.az xəbər verir ki, bunu “Blomberq” televiziyasına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, seçkidə qalib gələcəyi təqdirdə Türkiyəni əsla məğlub etdirməyəcəyini bildirib:

“A, B, C planlarımız var. İnanırıq ki, arzu etdiyimiz plan ortaya çıxacaq. 40 gün sonra Türkiyə çox fərqli dönəmə oyanacaq”.

Ərdoğan S-400 probleminə də aydınlıq gətirərək, Türkiyənin yolundan dönməyəcəyini deyib:

“Müdafiə ethiyaclarımızı ABŞ vasitəsilə ödəyə bilmiriksə, başımızın çarəsinə baxmalıyıq. Bizə S-400-ün problem olduğunu deyənlər, niyə S-300-lər aldığı zaman Yunanıstana heç bir şey söyləmədilər?”

Əvvəlkiİlham Əliyev Müasir Təhsil Kompleksinin açılışında
NövbətiErmənistanı yeni etiraz dalğası bürüdü: hədəf Çarukyandır – Video