Əli Əsədov qırğızıstanlı həmkarına başsağlığı verib

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.

Əli Əsədov həyatını itirənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.

ƏvvəlkiBakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var
NövbətiBakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub