Əfv Komissiyası 100-dən çox müraciətə baxıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videokonfrans formatında iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda komissiyaya daxil olan müraciətlərdən 100-dən çoxuna baxılıb.

Komissiyadan “Report”a bildirilib ki, hələ komissiyanın bir neçə iclası da keçiriləcək: “Çox güman ki, Novruz bayramına qədər bütün müraciətlərə baxılacaq”.

ƏvvəlkiGürcüstan parlamentində Azərbaycan Milli Məclisi ilə dostluq qrupu yaradılıb
NövbətiQaradağlı faciəsindən 29 il ötür