Əfqanıstanda partlayış olub, xəsarət alanlar var

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhvok” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Kote-Sanqi yaşayış məntəqəsində baş verib. Bütün zərərçəkənlər İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasına aparılıb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

“Taliban” hərəkatının nümayəndələri hələlik faktı təsdiqləməyiblər.

ƏvvəlkiPolşa Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 77 min dozadan çox peyvənd vurulub