Əfqanıstanda hərbi bazaya hücum olub, ölənlər var

Əfqanıstanın Bəlx əyalətinin Dövlətabad qəzasında hərbi bazaya və Milli Təhlükəsizlik İdarəsinə bir dəstə silahlının hücumu nəticəsində 7 nəfər hərbçi ölüb, 3 hərbçi və idarənin 3 mülki əməkdaşı yaralanıb.

“Report” AP-yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Hələlik hücumun məsuliyyətini heç kim üzərinə götürməyib.

ƏvvəlkiSalome Zurabişvili İlham Əliyevi təbrik edib
NövbətiRusiya Federal Gömrük Xidmətinin iki yüksək vəzifəlisi tutulub