Əfqanıstan DİN-in binası yaxınlığında partlayış olub, ölənlər var

Əfqanıstanda partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə “Tolo News” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Daxili İşlər Nazirliyinin binası yaxınlığında qeydə alınıb. Nazirliyin nümayəndəsi Nasrat Rahimi bildirib ki, partlayış zamanı azı 7 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb.

Daha əvvəl “Pajhwok Afghan News” partlayış zamanı 2 nəfərin həlak olduğunu, daha 5 nəfərin xəsarət aldığını xəbər verib.

Hadisənin təfərrüatları açıqlanmır. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

ƏvvəlkiMüdafiə naziri əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
NövbətiGürcüstanda zəlzələ olub