Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra edir.

Plana uyğun olaraq HHQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Təlimə cəlb olunan aviasiya və hava hücumundan müdafiə vasitələri tapşırıqları dəqiq və effektiv icra edirlər.