Zelenski Ukraynanın əks-hücum üçün kifayət qədər silaha malik olub-olmamasından danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücum əməliyyatları aparmaq üçün kifayət qədər silaha malik olub-olmamasından danışıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, Prezident bunu Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi brifinqdə deyib.

Dövlət başçısının sözlərinə görə, bunun üçün Ukraynanı lazımi silah və texnika ilə təmin etməli olan xarici tərəfdaş ölkələrə daha bir neçə səfər etmək lazımdır.

“Daha bir neçə səfər və vəssalam”, – o deyib.

Bu kontekstdə Zelenski Almaniyanın Ukraynaya verdiyi dəstək baxımından Amerika Birləşmiş Ştatlarından sonra ikinci ölkə olduğunu vurğulayıb.

O, Ukraynanın Almaniyanın birinci olması üçün hər şeyi edəcəyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, Almaniya Ukraynanın təhlükəsizliyini dəstəkləməkdə davam etmək üçün bu və ondan sonrakı illər üçün 11 milyard avrodan çox vəsait ayırıb.

ƏvvəlkiƏrdoğan: “Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı”
NövbətiBrüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub