Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxunub

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər və erməni hərbçilər son söz deyiblər.

Daha sonra məhkəmə hökmü elan edib.

Məhkəmənin hökmü ilə onların hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

ƏvvəlkiXİN: Paşinyanın Azərbaycan əleyhinə yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır
NövbətiAlbaniya Prezidenti Bayram Beqayın rəsmi qarşılanma mərasimi olub