Zəngilan şəhərindəki 3-cü yaşayış kompleksində binalar 192 mənzilli olacaq

Prezident İlham Əliyevin sentyabrın 28-də Zəngilan şəhərində təməlini qoyduğu 3-cü yaşayış kompleksindəki 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.

“Report”un Zəngilana ezam edilmiş müxbiri xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov bildirib.

“Yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib. Yaşayış kompleksinin ümumi sahəsi iki hektardır”, – deyə o qeyd edib.

ƏvvəlkiQarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat
NövbətiPrezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib