Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a-verdiyi məlumata görə Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti
mərhələsi davam edir.

Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km
dəmir yolu əsaslı təmir olunur.
Bu gündən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 km
uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün
davam edəcək.
Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu
Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının
Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya
Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan
Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km
hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac
Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının
sonlarında başlanılıb və bu günə kimi 526 km dəmir yolu əsaslı təmir
olunub.