Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın  Türk.az-a verdiyi məlumata görə, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.

Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan  ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 248 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Yevlax  stansiyasının cüt boğazında  5 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.