Yeni təyinatlar ölkəmizə yaxşı fəaliyyət vəd edir…

Məlum olduğu kimi, prezident seçkilərindən sonra hökumətin yenidən
formalaşdırılması prosesi baş verdi. Qanuna uyğun olaraq bütün nazirlik, dövlət
komitələri və qurumların rəhbərləri istefaya göndərildilər. Bəzi nazirlər öz vəzifə
kresloları ilə vidalaşdı, bəziləri öz əvvəlki yerində qaldı, bəzi vəzifələrə isə yeni
təyinatlar oldu. Məsələ burasındadır ki, əhali yeni təyinatlardan köklü dəyişikliklər
gözləyir. Məsələn, Təhsil sahəsinin tapşırıldığı yeni nazir əvvəllər uzun müddət bu
sahədə təcrübəsi olan Ceyhun Bayramovun təyinatı gözlənilən idi. Çünki, təhsil
sahəsi millətin əsas məsələsidir. Bu post uzun müddət boş qala bilməzdi. Son
zamanlar təhsil sahəsində bəzi problemlərin yaranması və təhsil sahəsindəki
çatışmazlıqların aradan qaldırılması yeni nazirin üzərinə böyük öhdəliklər qoyur.
Asan Xidmət kimi uğurlu bir layihəni yüksək səviyyədə həyata keçirən İnam
Kərimovun isə fəaliyyəti göz önündədir. Asan Xidmət dünyada analoqu olmayan
yüksək səviyyəli layihədir və Asana girənlər oradan gülərüzlə çıxır. Asan Xidmətdə
göstərdiyi uğurlu və yüksək fəaliyyətdən sonra İnam Kərimovun Kənd Təsərrüfatı
sahəsinə nazir gətirilməsi bu sahədə köklü dəyişikliklərin olacağından xəbər verir.
Diasporla iş Üzrə Dövlət Komitəsinin yeni sədri millət vəkili işləmiş Fuad
Muradovdan da yeni islahatlar aparacağı gözlənilir. Fuad Muradov özünü
doğrultmuş kadrdır. Diaspor sahəsində indiyə qədər yığılıb qalmış problemlərin,
çatışmazlıqların aradan qaldırılması, yeni istiqamətlərin ortaya qoyulması
məsələsinin də gündəmə gətiriləcəyi gözlənilir. Diaspor rəhbərləri ilə iş aparmaq,
xaricdə fəaliyyəti daha da gücləndirmək üçün yeni yollar düşünmək yəqin ki, yeni
nazirin gündəmi olacaq.
Daha bir uğurlu təyinat Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə
Dövlət Komitəsinin yeni rəhbəri Rövşən Rzayevdir ki, onun barəsində kuluarlarda
dolaşan söhbətlərə görə işgüzar, məsuliyyətli və korrupsiyaya uğramamış bir şəxs
kimi tanınır. Millət vəkili olduğu dövrdə də R.Rzayevin özünü doğrultduğu bildirilir.
Yeni təyinatlardan daha bir uğurlusu Azərbaycan Dövlət Miqrasiya
Xidmətinin rəisi təyin olunmuş Vüsal Hüseynovdur. Beynəlxalq praktikaya və
yüksək təhsilə malik bu kadrdan da gözləntilər çoxdur.
Bu arada yeni yaradılan qurumları yaddan çıxarmaq olmaz. Qida
Təhlükəsizliyi Agentliyi və yeni Turizm Agentliyinin də yaradılmasına çoxdan
ehtiyac vardı. Hər iki agentlik lazımlı, vacib qurumlardır. Turizm sektorunun
inkişafı və ölkəyə turist axınının çoxaldılması üçün Turizm Agentliyinin bu sahədə

yetərincə islahatlar aparacağı ümidvericidir. Otellərdə və istirahət məkanlarındakı
yüksək qiymətlərin aşağı salınması, xidmətin yüksəldilməsi bu sahədə aparılıcaq
ən çox nəzərəçarpan iş olar. İstirahət mərkəzlərində qiymətlər elə
tənzimlənməlidir ki, təkcə turistlərin deyil, yerli əhalinin də mədəni istirahəti
mümkün olsun. Bundan başqa, regionlarda azsaylı ulduzu olan otellərin və
hostellərin də tikilməsinə də ehtiyac duyulur. Həmçinin, gözəl təbiəti və dənizi
olan ölkəmizin gözəl mənzərəli təbiətinə turistlərin axınına nail olmaq üçün şərait
yaratmaq, ölkədaxili turları təşkil edən kiçik turfirmalar ilə işləmək, onların iş
səviyyəsini yüksəltmək də məhz bu agentliyin üzərinə düşür.
Daha bir vacib qurum Qida Təhlükəsizliyi Agentliyi bir neçə aydır fəaliyyət
göstərsə də, bu qurumdan da gözləntilərimiz çoxdur. Çünki, millətin, əhalinin qida
təhlükəsizliyi millətimizin sağlamlığının təminində böyük rol oynayır. Xaricdən
gətirilən geni dəyişdirilmiş məhsullardan tutmuş, yerli istehsala qədər nəzarət bu
agentliyin işidir ki, qidalanmadan yaranan və hətta genetik qüsur kimi irsən keçə
bilən xəstəliklər təhlükəsinin qarşısını almaq üçün bu qurumun üzərinə böyük yük
düşür.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin dəyişməsi də bu sahədə kifayət
qədər problemlərin mövcud olduğunu göstərdi. Bu problemlər xüsusilə də ünvanlı
sosial yardımların və əlillik dərəcələrinin verilməsi məsələsində özünü daha çox
büruzə verir. Əhalinin işsiz təbəqəsinin özəl sektor tərəfindən işlə təminatı
məsələsində pensiya yaşından əlavə yaş məhdudiyyətinin qoyulması məsələsinə
də yeni nazirin son qoyacağına ümid eidirik. Çünki, dünyanın heç bir yerində
işləmək üçün müəyyən yaş göstərilmir. Bəzi fəaliyyət növləri istisna olmaqla.
Azərbaycan Respublikasının Konstitusiyasında və Əmək Məcəlləsində elə bir bənd
yoxdur ki, insanları 30 yaşdan sonra işə götürməsinlər. Məncə, bu qaydanı tətbiq
edən özəl sahələr cərimələnməli və onlara qanun pozuntusuna yol verdikləri başa
salınmalıdır.
Yeni təyin olunan Ekologiya naziri və Dövlət Gömrük Komitələrinə
təyinatlardan da fəaliyyətlərində bir çox dəyişikliklər gözlənilir.
Hər halda, bütün yeni seçilmiş nazir, komitə agentlik sədrlərini təbrik edirik və
onlara yeni fəaliyyətlərində uğurlar arzulayırıq. Dövlətimiz, vətənimiz və millətimiz
üçün xeyirli olsun!

Sevda Elay Əsgərova