Yeni iPhone 15-in təqdimat tarixi məlum oldu

Yeni iPhone 15 də daxil olmaqla, Apple-dan bir sıra yeni cihazların təqdimatı bu ilin sentyabr ayının ortalarında Kaliforniyanın Kupertino şəhərində keçiriləcək.

Trend-in məlumatına görə, Apple şirkətinin məhsullarının təqdimatı 12 sentyabr çərşənbə axşamı günü Apple-ın qərargahındakı Stiv Cobs Teatrında baş tutacaq.

Texnologiya nəhəngi iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, iPhone 15 Pro Max, Apple Watch Series 9 və ikinci nəsil Apple Watch Ultra təqdim edəcək.

Xatırladaq ki, ötən il bu təqdimat sentyabrın 7-də keçirilib.

ƏvvəlkiTürkiyənin qadın voleybolçuları Avropa çempionatının yarımfinalında
NövbətiTaekvandoçumuz bürünc medal qazanıb