Yaponiyanın sui-qəsdə məruz qalan sabiq Baş naziri vəfat edib

Yaponiyanın silahlı hücüma məruz qalan sabiq Baş naziri Sindzo Abe vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.

Ölkənin “Nihon” telekanalının xəbərinə görə, keçmiş hökumət başçısına atəş açan şəxs 41 yaşlı Tetsuya Yamaqamidir. O, əvvəllər Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib.

Məlumata görə, T.Yamaqami S.Abeyə sui-qəsd etdikdən dərhal sonra saxlanılıb. Hazırda polis onu dindirir.

Əvvəlki“Xaç atası” filminin ulduzu Ceyms Kaan vəfat edib
Növbəti“Azərpoçt” Qurban bayramı ilə əlaqədar növbəli iş rejimində xidmət göstərəcək