Yaponiyanın şimal-şərq sahillərində güclü zəlzələ olub

Dekabrın 21-də Yaponiyanın şimal-şərq sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 02:23-də qeydə alınan yeraltı təkanların episentri Aomori prefekturasının sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.