Özbəkistanda istehsal olunan smartfonların satışına başlanıb

Özbəkistanda istehsal edilən, daxili bazar üçün nəzərdə tutulan 64 GB yaddaşı olan smartfonların satışına başlanıb.

AZƏRTAC xəbər verir ki, smartfonun yaddaşına Özbəkistan Prezidentinin çıxışları, klassik və müasir özbək ədəbiyyatından nümunələr, 100-dən artıq özbək musiqisi, ölkənin görməli yerləri, flora və faunasını əks etdirən fotolar yüklənib.

Mobil cihazın “Hökumət” proqramında Özbəkistanın nazirlik, komitə və baş idarələrinin telefon nömrələri də verilib. Telefonların nömrələri dəyişdikdə avtomatik olaraq köhnə nömrələr yenisi ilə əvəz ediləcək.

Bildirilir ki, funksiyalarına görə yeni cihaz 64 GB yaddaşı olan müasir “Samsung” smartfonlarından fərqlənmir.

Vurğulanır ki, satışa buraxılan 3 min belə cihaz qısa müddətdə satılıb.

ƏvvəlkiYaponiyanın şimal-şərq sahillərində güclü zəlzələ olub
NövbətiQazaxıstanda məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək