YAP-ın namizədi Naqif Həmzəyevin təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyasının 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə təbliğat qrupunun könüllü gəncləri “Daha güclü Azərbaycan naminə!” təşviqat aksiyasını uğurla davam etdirirlər. 

Aksiyaya qoşulan gənclər təbliğat-təşviqat kampaniyası çərçivəsində seçki dairəsinin əhatə etdiyi ərazilərdə YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış, növbəti 5 il üçün proqram və “Azərbaycanın daha da inkişafı üçün 10 addım paketimiz” adlı təbliğat-təşviqat materiallarını, YAP tərəfindən irəli sürülmüş Naqif Həmzəyevin tərcümeyi-halını seçicilərə paylayıblar. 

Seçicilər tərəfindən səmimiyyətlə qarşılanan aksiya iştirakçıları onları 9 fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Aksiya xoş təəssüratlarla davam edib.