YAP Gəncə şəhər təşkilatında Dövlət Müstəqilliyi Gününü qeyd edilib

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında bayram tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Tural Verdiyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb.

Bildirib ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub.

Bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış müstəqillik
gününün bəhrələridir. “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən ulu öndər
Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik
siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.

YAP Gəncə şəhər təşkilatının İdeologiya şöbəsinin müdiri Hüseyn Budaqov
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının
qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi
tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan xalqının ikinci dəfə
müstəqilliyini elan etməsi bir əsrdə xalqımızın siyasi tarixində yaşadığı ikinci ən
parlaq qələbə idi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsində, əbədiliyinin və
dönməzliyinin təmin edilməsində müasir, müstəqil Azərbaycanın memarı və
qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini xatırladan
Hüseyn Budaqov vurğulayıb ki, müstəqilliyimizin ilk illərində xalqımız dünyaya
bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli
bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail
oldu.

ADAU-nun ictimai elmlər və multikulturalizm kafedrasının müdiri,
professor Azad Bayramov, GDU-nun ümumi tarix kafedrasının dosenti Hüseyn
Bəxtiyarov, YAP Gəncə şəhər Təşkilatının Tibb Kolleci ərazi ilk partiya
təşkilatının sədri Kifayət Fəttahi və başqaları çıxış edərək, xalqımızın ən böyük
nailiyyətlərindən biri olan dövlət müstəqilliyinin əldə edilməsinin, əbədiliyi və
dönməzliyinin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı
olduğunu qeyd edib, Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət
nəticəsində Müstəqil Azərbaycan Respublikasının möhkəm əsaslar üzərində yeni
inkişaf xətti tutduğunu söyləyiblər. Qeyd edilib ki, son on beş ildə Azərbaycan
misli görünməmiş inkişafa nail olub, Azərbaycanın iqtisadiyyatında, hərbi
quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial
müdafiəsi sahələrində böyük uğurlar əldə edilib. Azərbaycan dünyada nüfuzlu
dövlətə çevrilib.

Tədbirdə Xalq artisti Məmmədəli Balayevin söylədiyi “Yaşa, cənab Prezident!”
şeiri gurultulu alqışlarla qarşılanıb.

ƏvvəlkiYAP Gəncə şəhər təşkilatında Dövlət Müstəqilliyi Gününü qeyd edilib
Növbətiİstanbulda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub