YAP Gəncə şəhər təşkilatı “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına qoşuldu

YAP Gəncə şəhər təşkilatının fəal üzvləri, könüllüləri Yeni Azərbaycan Partiyasının başlatdığı “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya qoşulublar. 

Əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə dəstək vermək məqsədi ilə partiya fəalları tənha, ahıl, qayğıya ehtiyacı olan insanların evlərinə üz tutublar. Onlar vətəndaşlara Novruz bayramının atributu olan səməni ilə yanaşı gigiyenik vasitələr, tibbi spirt, maska və əlcəklər təqdim edib, dünyanı lərzəyə salan qlobal koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat veriblər.

Gənc partiya fəalları həmçinin vətəndaşlara gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.