Yanvarda istehlakçılar 172 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb

Yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 172,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2019-cu ilin eyni ayı ilə müqayisədə 12,1 faiz azdır.

Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

ƏvvəlkiRusiya sülhməramlıları Şuşaya gedən avtomobil karvanını müşayiət edib
Növbətiİqtisadi Şurası haqqında Əsasnamə təsdiqləndi