Xocavənddə baş verən avtoqəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə 13 nəfər yerləşdirilib

Fevralın 6-da Xocavənddə baş verən avtoqəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla bağlı 13 nəfər yerləşdirilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır və 2 nəfəri reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır qiymətləndirilir.

Digər 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.

ƏvvəlkiUşangi Kokauri cüdo üzrə “Böyük dəbilqə” turnirində ikinci yeri tutub
NövbətiSalyanda partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb