Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibəti ilə “Bənövşələr üstə göz yaşları…” kitabı latın qrafikası ilə işıq üzü görüb

Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibəti ilə “Bənövşələr üstə göz yaşları…” kitabı latın qrafikası ilə işıq üzü görüb.

“Bənövşələr üstə göz yaşları…” kitabı “Gənclik 1994” nəşri əsasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından, latın əlifbasına çevrilərək, 1000 tirajla yenidən işıq üzü görmüşdür.

Xalqımızın sevimli şairi Mirvarid Dilbazi uzun, maraqlı, xalq üçün olduqca dəyərli, mənalı bir ömür yaşamışdır. “Bənövşələr üstə göz yaşları…” kitabında istəkli şairimiz öz şirinli, acılı xatirələrini daxil etmişdir. Oxucu bu xatirələr işığında şairin ata-anası, doğmaları, Azərbaycan ədəbiyyatının yaradıcılarından olan tarixi şəxsiyyətlərlə yaxından tanış olacaqdır.